O, "Kəpəz"ə kömək göstərməyi düşünürmü? - MÜSAHİBƏ

Sportinfo.az 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərovun müsahibəsini təqdim edir:

.
Əvvəllər olduğu kimi, 65 kq çəki dərəcəsində çıxış etməyiniz mümkündürmü?
- Mənim çəkimdə olan bütün əcnəbi rəqiblərim də çəkilərini dəyişir. Əvvələr də müxtəlif turnirlərdə 70 kq çəki dərəcəsində çıxış etmişəm. Yəni, mənim üçün yenilik olmayacaq. Cavanam, istəyirəm hər çəkidə qüvvəmi sınayam. Düşünürəm ki, 70 kq mənim üçün 65 kq-dan daha rahat olacaq. Çəkimi az atacam, güc çox olacaq.
 

70 kq çəki dərəcəsində milli komandada rəqabətin səviyyəsi sizi qane edirmi?
- Bu çəki dərəcəsində Hacı Əliyev, Şərif Şərifov, Cəbrayıl Həsənov kimi bir nəfər yoxdur. Amma yaxşı güləşçilərimiz və güclü rəqabət var.
 

Artıq 4-cü dəfə çəkinizi dəyişməyiniz normal haldır?
- İnkişafda olan bir gənc üçün normaldır. 55-60 kqda çəkimi saxlasaydım, özümü "yandırsaydım", çəki salsaydım, inkişaf getməyəcəkdi. Lakin çəkini dəyişirsənsə, inkişaf gedir. Artıq 70 kq çəkiyə keçirəmsə, bu, mənim üçün çətin olacağı anlamına gəlməməlidir. Həmin rəqiblərdi. Hamısı 4 ildən bir çəkilərin dəyişirlər.
 

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun durumu ürəkaçan deyil. Oyunlara gedən zaman nə hiss edirsiniz?
- Bizim də istəyimiz odur ki, doğma şəhərimizdə gözəl stadion olsun. Təkcə Gəncədə deyil, hər yerdə yaxşı stadionların olması lazımdır. Çünki yeniyetmələrimiz, gənclərimiz çox fəaldır, idmana həvəsləri var. Buna uyğun da şərait yaradılmalıdır. İnanıram ki, yaxın gələcəkdə stadion problemi də həllini tapar.
 

"Kəpəz"ə kömək göstərməyi düşünürsünüzmü?
- Mənəvi cəhətdən dəstəyimi əsirgəmirəm. İmkan düşdükcə komandanı Bakı və Gəncədəki oyunlarına gedirəm. Klub rəhbərliyi və futbolçularla görüşürəm, söhbət edirik. "Kəpəz"də qardaşlarımız çoxdur.
 

Bu il hansısa yarışda iştirak edə biləcəksinizmi?
- Əməliyyatdan 3 ay sonra xalça üzərinə qayıdacam. Təəssüf ki, İslamiadada iştirak edə bilməyəcəyəm. İnşallah, özümü sentyabrda keçiriləcək dünya çempionatına hazırlamaq istəyirəm (report).  

Tarix: 4 Mart 00:53    Oxunub: 276    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.