Azərbaycan çempionatının mükafatçısı Türkiyədə "yağlı əppək" tapdı

“Telekom”un voleybolçusu Ana Kleger (Piriyeva) özünə yeni iş yeri tapıb. Sportinfo.az-ın məlumatına görə, Bakı təmsilçisinin imtinasından sonra klubsuz qalan kubalı karyerasını Türkiyədə davam etdirəcək.
 
Özünə yüksək dəstədə yer tapa bilməyən Kleger qonşu ölkədə I liqada oynayacaq. 27 yaşlı hücumçu “Samsun BB” ilə anlaşıb. O, mövsümün startında “Azəryol”dan Anna Stepanyuku da transfer edən komanda ilə 5 aylıq müqavilə bağlayıb.
 
Kleger 2014-cü ildə “Telekom”la 5 illik razılıq əldə etmişdi. Ötən il komandanın kapitanı olan mərkəzi amerikalı ilə müqaviləyə bu il qarşılıqlı şəkildə xitam verilmişdi. O, “Telekom”la Super Liqanın gümüş medalını qazanıb. 

Tarix: 28 Dekabr 15:36    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2017
18 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.