Naxçıvan çemionatında 4 klub mübarizə aparır - FOTOREPORTAJ

Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib. Sportinfo.az-ın məlumatına görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar. 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66kq çəki dərəcəlirəndə bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.

 

Tarix: 3 Mart 10:36    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.