Azərbaycan millisi Rusiya klubuna iki dəfə məğlub oldu

Rusiyanın Stavropol şəhərində təlim-məşq toplanışında olan həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yoxlama matçlarında qüvvəsini sınayıb. Sportinfo.az xəbər verir ki, Georgi Voronovun baş məşqçi olduğu kollektiv yerli "Stavropolye-SKFU" klubu ilə 2 görüş keçirib.


Hər iki oyun Azərbaycan millisinin məğlubiyyəti ilə nəticələnib. İlk matçda rəqibinə 26:28 hesabı ilə uduzan yığma ikinci qarşılaşmada 6 top fərqi ilə məyus olub - 23:29. Bu, Azərbaycan millisinin Stavropolda ardıcıl dördüncü il keçirdiyi toplanış olub. Stavropol komandası ilə bütün görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Tarix: 2 Mart 13:36    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.