Almanların Bakıya gətirəcəyi ulduz forvard rəsmən Yaponiyada

"Qalatasaray" Almaniya millisinin üzvü Lukas Podolski ilə yollarını rəsmən ayırıb. Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirəcək.

 

O, Asiya təmsilçisinə 2016/2017 mövsümünün sonunda qoşulacaq. Bu keçidə görə, yaponlar İstanbul təmsilçisinə 2,6 milyon avro transfer haqqı ödəyib.
 

31 yaşlı hücumçu 2015-ci ildə "Arsenal"dan "Qalatasaray"a keçmişdi. Bundestimin forvardının DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində martın 26-da Bakıda keçiriləcək Azərbaycan - Almaniya oyununda iştriak edəcəyi gözlənilir.

Tarix: 2 Mart 14:24    Oxunub: 294    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.