Avro-2018-in Bakıda 2-ci qrupun oyun təqvimi müəyyənləşdi

Məlum olduğu kimi, Avropa çempionatının əsas seçmə mərhələsinin 2-ci qrupunun oyunları Bakıda keçiriləcək. Sportinfo.az xəbər veir ki, artıq təqvim də müəyyənləşib. Avro-2018-də iştirak etmək istəyən 4 komanda paytaxtımızda mücadilə edəcək.

 

Yarışın ilk turunda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Ertəsi gün bizimkilər Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu görüşünü aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu matç saat 20:00-da başlayacaq.

 

Sözü gedən mərhələnin qrup qalibləri Avro-2018-in finalına birbaşa vəsiqə qazanacaqlar. 2-ci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Oyunlar Bakı İdman Sarayında keçiriləcək. Avro-2018-in həlledici mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.

Tarix: 2 Mart 12:00    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.