Federasiya Naxçıvanda məşqçilər üçün seminar keçirdi

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib. Sportinfo.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar.


Artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğun olmasıdı. ACF baş katibinin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar.

 

Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.
 

Tarix: 2 Mart 00:40    Oxunub: 176    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.