Azərbaycan yığmasının üzvü dünya kubokunda 9-cu oldu

ABŞ-ın Los Angeles şəhərində velosipedin trek növü üzrə dünya kubokunun sonuncu, 4-cü mərhələsi başa çatıb. Sportinfo.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Sergey Omelçenko keyrində 25 iştirakçı arasında 9-cu olub.

 

Bu nəticə ona aktivinə 250 reytinq xalı yazmağa imkan verib. O, bunadək bu yarışın 1-ci mərhələsində 80, 2-ci və 3-cü mərhələlərin hər birində isə 175 xal qazanmışdı. Beləliklə, dünya kubokunun 4 mərhələsinin yekununa əsasən,

 

Sergey Omelçenko 680 xalla bütün mərhələlərdə iştirak etmiş 42 velosipedçi arasında 13-cü olub ki, bu da ona apreldə Honqkonqda keçiriləcək dünya çempionatının keyrin növündə iştirak hüququ verib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcüd reqlamentinə əsasən, dünya çempionatında iştirak etmək üçün velosipedçilər dünya kubokunun mərhələ yarışlarında müvafiq reytinq xalları qazanmalıdır.

Tarix: 1 Mart 08:48    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.