Güləşçilərimizin Kiyev sınağı

3-4 mart 2017-ci il tarixdə Kiyevdə Ukraynanın tanınmış güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-roma və qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Sportinfo.az xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri də iştirak edəcək.

 

Qadın güləşi üzrə yığmamızın üzvləri Kiyevdə Ukrayna, ABŞ, İsrail və Litva yığmaları ilə birgə təlim-məşq toplanışındadı. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın üzvləri turnirdə sınaqdan keçiriləcək.

 

Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 9 güləşçimiz Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Teymur Məmmədov, Məhəmməd Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Umar İsrailov (125 kq) təmsil edəcək.

 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək. Proqrama əsasən, martın 3-də sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar, martın 4-də isə 61, 70, 86 və 125 kq-da sərbəst, 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər yarışacaq.

Tarix: 28 Fevral 16:12    Oxunub: 68    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.