“Bu 3 klub çempionatı gücləndirməyə ən yaxşı namizəddi"

“Bu 3 klub – “Volero”, “Azərreyl” və “Telekom” Rusiya çempionatını gücləndirməyə ən yaxşı namizədlərdi. Onlar Superliqanı daha baxımlı və azarkeşlər arasında daha populyar edəcəklər” - Sportinfo.az-ın məlumatına görə, bunu Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyev deyib.
 
O, Bakının “Azərreyl” və “Telekom”, həmçinin İsveçrənin “Volero” klublarının Rusiya çempionatında iştirakını növbəti dəfə gündəmə gətirib. Mütəxəssis bildirib ki, bu komandaların Superliqaya cəlb olunması aparıcı klublar ilə rəqabət də yaradacaq: “Klublar, oyunlar, həmçinin məşqçilərin özləri də məhz rəqabət vaxtı inkişaf edirlər. Bu da voleybolun Rusiyada inkişafına müəyyən təkan verəcək”.
 
Fadeyev bir neçə mütəxəssisin klubların daha çox xərcə düşəcəyi ilə bağlı açıqlamalarına da münasibət bildirib: “Bunun o qədər çox maliyyə tələb edəcəyini düşünmürəm. Klublar komandaların səfərlərə getməsindən çox başqa yerlərə pul xərcləyir. Bu ona dəyər ki, rusiyalı azarkeşlər evdə “Volero”, “Telekom”, “Azərreyl” kimi səviyyəli komandaları izləsinlər”. 

Tarix: 28 Fevral 15:00    Oxunub: 374    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.