Millimizin yeni kapitanı bəllidi

Sərbəst güləş millimizin yeni kapitanı bəlli olub. Sportinfo.az xəbər verir ki, 74 kq-da çıxış edən Cəbrayıl Həsənov bundan sonra komandanın mərkəzində dayanacaq, ilkin hazırlığı keçərək heyəti idarə edəcək. Məşqçilər heyətinin bu qərarı onun uzun müddət yığmada olması, saysız-hesabsız titullar qazanması və nizam-intizamı ilə seçilməsidi.

 

Rio-2016-da bürünc medal qazanan tanınmış bahadır, 2 dəfə dünya çempionatının bürünc medalçısıdır; Avropanın ən güclülərinin yarışının 2-qat qalibi və 2 dəfə finalçısı olub. Ona qədər millidə kapitan vəzifəsini uzun müddət Xetaq Qazyumov (97 kq) yerinə yetirib.

Tarix: 28 Fevral 12:12    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.