Toğrul Əsgərov ağır zədələnib - İslamiadada güləşməyəcək

Olimpiya çempionu Toğrul Əsgərov 4-cü İslam həmrəyliyi oyunlarında çıxış etməyəcək. Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov dedi. Onun sözünə görə, titullu bahadırımız “Pəncab Royals” klubunun heyətində ciddi zədə alıb:

 

"Toğrul Əsgərov Hindistan Peşəkar Güləş Liqasında boyun nayihəsindən ağır zədələnib, çox güman, əməliyyat olunacaq. Belədə o, xeyli müddət güləşməyəcək. Məşqləri bərpa edəndən sonra, artıq 65 kq-da çıxış etməyəcək. Bu çəkidə milli komandanın digər aparıcı idmançısı Hacı Əliyev mübarizə aparacaq. Ona həmin çəkidən güləşmək rahatdır".

Tarix: 28 Fevral 11:24    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.