"Komandaların sayını artırırıq"

Bu gün I Divizionda XIV turdan təxirə salınmış oyunlar keçirilir. Sportinfo.az-ın məlumatına görə, “Ağsu” – “Bakılı” (7:0)  oyunundan sonra ev sahiblərinin baş məşqçisi Rüfət Quliyev sualları cavablandırıb:
 
- Hamını salamlayıram. Oyundan xoş təəssüratla ayrılıram. İlk yarıda 1:0 hesabı ilə başa çatdı. Hər şey göz qabağında oldu. Növbəti matçlara hazırlaşırıq. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq. 
 
Hədəfiniz nədi?
- Bütn oyunları qələbə ilə başa vurmaq, uşaq futbolunun inkişafına təkan verməkdi. İstəyirik ki, tam hazır vəziyyətdə Premyer Liqaya gələk. Hər il bir yaş qrupu üzrə komandanın sayını artırırıq.
 
Hesabın belə olmasında rəqib baş məşqçinin texniki zonada olmamasının rolu var?

- Futbolda belə nəticələr qeydə alınır. Yəqin ki, nəsə təsiri olur. Amma əsas günahı meydanda olanlarda axtarmaq lazımdı. Nə qədər meydandan kənarda tövsiyyəmizi versək də əsas işi meydandakılar görür.
 
Azarkeşlərin tribunada az olmasının səbəbi nədi?
- Daim 50-100 nəfər azarkeşimiz gəlir. İlk çempionatımızda həmişə burda stadion dolurdu. İndi camaat bir az futboldan uzaqlaşıb. Səbəbi də ola bilər, yəqin divizionda nəticə qazanıb, Premyer Liqaya çıxa bilməməsidi. Bizə də xoş olardı ki, azarkeşlərimiz tribunada çox olsun. 
 
Elnur Səmədov bu gün het-trik etdi...

- Elnur öz yetirməmizdi. Əvvələr “Simurq”da çıxış edib, sonradan komandaya cəlb etmişik. Gələcəyini düşünən futbolçudu, inanıram gələcəkdə bizə xeyri daha çox dəyəcək.
 
Rayonun özündə də futbola maraq yoxdu. 
- Hər oyundan əvvəl 100 elan yapışdıırıq. Nəsə etməyə çalışırıq. Gələcəkdə yenə azarkeşləri cəlb edəcəyik. Yəqin böhran da təsir edib. Bizi istəyən həmişə yanımızdadı.

Tarix: 27 Fevral 19:34    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.