Mirhüseyn Seyidov “Qarabağ”ı qələbədən məhrum etdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XX tura yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, turun son günündə 2 qarşılaşma baş tutub. Keçirilən hər iki matçda 2 qol vurulub. “Kəpəz”in qonağı olan “Qəbələ” hər hissədə 1 qol vurub, 2:0 hesablı qələbə qazanıb. Bu, əyalət klubunun liderliyini daha da möhkəmlədib.

 

Çünki liderin izləyicilərindən ikincisi də xal itirib. İki gün öncə “Neftçi” 1 xalla kifayətlənmişdisə, bu dəfə “Qarabağ” “İnter”i məğlub edə bilməyib. Ağdam təmsilçisini qələbədən əvəzedicilərdə oynamalı olan əsas heyət üzvü Mirhüseyn Seyidovun qolu məhrum edib.


“Kəpəz” - “Qəbələ” 0:2
Fərid Nəbiyev, 37; Ramil Hasanov, 82

 

“Qarabağ” - “İnter” 1:1
Elgün Nəbiyev, 37 - Mirhüseyn Seyidov, 64 (p.)

Tarix: 27 Fevral 16:48    Oxunub: 252    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.