Azərbaycan milli komandası Ukraynada təlim-məşq toplanışındadı

Qadın güləşi üzrə Azərbaycan milli komandası Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışındadı. Sportinfo.az xəbər verir ki, yığma üzvləri  bu ölkənin milli komandası ilə birgə hazırlıq keçir. Azərbaycan millisinin üzvləri ilə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litva güləşçiləri də toplanışda iştirak edir. 
 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yollanıb.

 

Onlar Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Hazırlıq prosesi martın 2-də başa çatacaq. Daha sonra yığma üzvləri 3 - 4 martda Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan XXI beynəlxalq turnirə qatılacaqlar.

Tarix: 27 Fevral 14:36    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.