"Bir az tərəddüd edirik" - VİDEO

Azərbaycan Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi barədə danışıb. Sportinfo.az xəbər verir ki, "Bakı 2017"nin rəsmi saytına müsahibə verən federasiya rəsmisi hazırda təlim-məşq toplanışında olduqlarını söyələyib.

 

O, bildirib ki, Oyunlarda ATF komandasını 8 qadın və 8 kişi taekvondoçu təmsil edəcək: "Ancaq ağır çəkili qadınlardan 2-si zədələndiyindən, bir az tərəddüd edirik. İdmançılarımız həkim nəzarəti altında hazırlaşırlar. Gündə 2-3 dəfə məşq olur. Məşqlərimiz federasiyamızın inzibati binasında keçirilir və idmançılarımız "Qafqaz" otelində qalırlar. Onların düzgün qidalanmalarına ciddi riayət edilir. İslamiadayadək bir neçə yarışda iştirak etməliyik və hazırda onlara hazırlaşırıq. Taekvonduçularımıza güvənirik. Çünki onlar güclü, əzmli və səbrlidirlər".

 

Tarix: 27 Fevral 08:36    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.