Firdovsi Umudov: "ABŞ-la görüşdə iranlı azarkeşlər nədənsə rəqibi dəstəkləyirdi"

"Dünya kubokuna yaxşı hazırlaşmışdıq. Komandada daim qələbə ruhu var. Təbii, hər zamankı kimi, bu dəfə də İrana iddialı yollanmışdıq. Bizə Kirmanşahda çətin olacağını bilirdik. Heyətdə xeyli gəncin olmasına baxmayaraq, sonda fərqlənməyi bacaqdıq".

 

Sportinfo.az xəbər verir ki, bunu dünya kubokunda 3-cü yer tutan sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov dedi. Titullu mütxəssisin fikrincə, qrupda ABŞ-la son görüşdə onları sıxıblar: "Qrup mərhələsinin ilk 2 qarşılaşmada müvafiq olaraq Rusiya və Gürcüstan komandalarına qalib gəldik.

 

Məqsədimiz ABŞ pəhləvanlarını da məğlub edib finala yüksəkmək idi. Amma hakim qərəzi buna imkan vermədi. Həlledici görüşdə 5:2 irəlidə olmağımıza rəğmən, yersiz xəbərdarlıqlar bizi finaldan etdi. Yerli azarkeşlər də nədənsə rəqibin tərəfindəydi, zalda daim onları qələbəyə səsləyirdilər. Komandamızı bəzi hallarda İran azərbaycanlıları dəstəkləyirdi".

Tarix: 26 Fevral 12:23    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.