Azərbaycan millisindən 9 kişinin bacarmadığını Anna etdi

Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci beynəlxalq "Stranca" turnirində yarımfinala yüksəlib. Sportinfo.az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda italiyalı Loredana Napponu üstələyib - 5:0.

 

Bununla da Əlimərdanova ölkəsinin yeganə medalını təmin edib. Yarımfinalda o, rusiyalı Sayana Saqatayevanı da yensə, finala yüksələcək, əks halda, bürünc medalla kifayətlənəcək. Saqatayeva ilə döyüş bu gün olacaq. Anna Əlimərdanova "Stranca" turnirində Azərbaycanın yeganə xanım təmsilçisi olub.

 

9 kişi boksçudan isə yalnız 2-si - Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) 1/4 finaladək irəliləyə bilib. Onların yarımfinala yollarını ukraynalılar kəsiblər. Əliyev Nikolay Butenkoya 0:5, Verdiyev isə Yuri Şestaka 2:3 hesabı ilə uduzub. Turnirə ümumilikdə 41 ölkədən 277 boksçu qatılıb.  

Tarix: 25 Fevral 16:46    Oxunub: 279    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.