"Bütün proseslər yığmanın xeyrinədi"

"2017-ci ildə bizi çətin sınaqlar gözləyir. İlk olaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etməliyik" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərov deyib.


T.Əsgərov sərbəst güləş üzrə yığma komandadakı məşqçi dəyişikliyindən və evdə keçirilən yarışların məsuliyyətindən danışıb: "Ümumiyyətlə doğma azarkeşlər, doğma divarlar qarşısında keçirilən yarışlar çox məsuliyyətli və çətindi.

 

İnanıram ki, "Bakı 2015" I Avropa Oyunlarında qazandığımız uğurları İslam Oyunlarında da təkrarlayacağıq. Yığma komandada məşqçi dəyişikliyi olur. Bu cür proseslər uzun müddətdir müşahidə olunur. Bütün proseslər yığmanın xeyrinədi".

 

Olimpiya mükafatçısı qarşıdan gələn yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il gəlir. Bu bayramlar münasibətilə hər bir kəsi, eləcə də idmançıları təbrik edir, onlara uğurlar arzu edirəm".

Tarix: 28 Dekabr 09:12    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.