"Gətizdirib dəyişdirdik, sonra..."

Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov İranın Kirmanşah şəhərində keçirilmiş Dünya Kuboku zamanı Azərbaycan bayrağı ilə bağlı yaşanan qalmaqala bir daha aydınlıq gətirib. Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında bu barədə açıqlama verib.


Bayraq qalmaqalı Azərbaycan - Rusiya görüşü zamanı yaşanıb. Umudov bildirib ki, onların etirazından sonra Azərbaycan bayrağı ilə bağlı yanlışlıq aradan qaldırılıb: "Dedim ki, bayrağınızı səhv vursalar, xoşunuza gələr? Bizə başqa bayrağın olmadığını bildirdilər.

 

O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələdir. Çünki daha əvvəl də bu cür hadisə olmuşdu. Bildirdik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq. Bizim üzərimizdə hər zaman bayraq olur. Gətizdirib, dəyişdirdik. Ondan sonra yarışa çıxdıq".

Tarix: 24 Fevral 17:12    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.