Azərbaycan yəğmasının üzvü boyun nayihəsindən əməliyyat olunacaq

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov gələcək yarışlarda 65 kq çəki dərəcəsində çıxış etməyəcək. Sportinfo.az xəbər verir ki, bu barədə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov məlumat verib.


O bildirib ki, 25 yaşlı hazırda zədəlidir və əməliyyat olunacaq: “Toğurulun boyun nayihəsindən ağır zədəsi var. O, əməliyyat olunacaq. Sonra bərpa prosesi gəlir. Belə olan halda onun əvvəlki kimi 65 kq çəki dərəcəsində çıxış etməsi çətin məsələdir. Toğrul çəki dərəcəsin dəyişəcək”.


Toğrul Əsgərov karyerası ərzində üçüncü dəfə çəki dərəcəsini dəyişməli olacaq. O, 2010-cu ildə dünya çempionu adını 55 kq çəki dərəcəsində əldə edib. 2012-ci il Avropa çempionatı və London Yay Olimpiya Oyunlarında Əsgərov 60 kq çəki dərəcəsində olimpiya çempionu olub. O, "Bakı 2015" I Avropa Oyunlarında qızıl və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medalı isə 65 kq çəki dərəcəsində qazanıb.

Tarix: 24 Fevral 16:12    Oxunub: 198    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.