Azərbaycan Ermənistan ilə oynamaqdan imtina etdi? - RƏSMİ AÇIQLAMA

İranda futzal üzrə həvəskarlar arasında keçirilən Dünya çempionatında Azərbaycanı təmsil edən komanda Ermənistan komandası ilə görüşdən imtina edib. Sportinfo.az news.am-a istinadən xəbər verir ki, komandalar arasındakı oyun 5-6-cı yerlər uğrunda keçirilməli idi. 

 

Ermənistanı təmsil edən “Biznes-liqa” komandasının nümayəndəsi Artur Naapetyan yaranmış vəziyyətlə bağlı belə açıqlama verib: “Biz əvvəlcədən də turnirin rəhbərliyini xəbərdar etmişdik ki, oyuna hazırıq və bizə Azərbaycan tərəfinin hansısa səbəblərə görə oyundan imtina etdiyini deyənə qədər görüşü səbrsizliklə gözləyirdik”.

 

Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov bu məlumatı təkzib edib. Onun sözlərinə görə, ümumiyyətlə həvəskarlar arasında keçirilən Dünya çempionatında Azərbaycan komandası iştirak etməyib. "Federasiyanın bu barədə məlumatı yoxdur. Azərbaycanı təmsil edən komanda İrandakı yarışda iştirak etməyib". 

Tarix: 24 Fevral 14:00    Oxunub: 352    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.