Azərbaycan millisinin üzvü kazinoda 400 dollar uddu

Las-Veqasda dünya çempionatında olarkən, orda çoxsaylı kazino gördüm. Demək olar ki, hər oteldə ruletka, avtomat və kart oyunları var. Özü də bunu təkcə kişilər deyil, qadınlar da oynayır” - Sportinfo.az-ın məlumatına görə, bunu belaruslu güləşçi Mariya Mamoşuk açıqlayıb.
 
Rio Olimpiadasında gümüş medal qazanan idmançı vətənində verdiyi müsahibədə həmkarlarının qumara meylli olmasından danışıb. Maraqlıdı ki, Mamoşuk pəhləvanlar arasında yalnız yığmamız tanınmış güləşçisi Mariya Stadnikin adını açıqlayıb:

 

“Las-Veqasda belə bir səhnənin şahidi oldum ki, əsa ilə gəzən qoca da ağzında siqaret avtomatın düymələrini döyəcləyirdi. Həmin vaxt əksər güləşçilər kazinoda oynayırdı. Azərbaycandan olan tanışım Mariya Stadnik 300 və ya 400 dollar udmağı da bacardı. Mən də bəxtimi sınadım. Rusletka və avtomatda oynadım, amma bəxtim gətirmədi. 15 dollar uduzub, oranı tərk etdim. Bu da bəsim idi”.

Tarix: 22 Fevral 14:00    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.