"Qəbələ"li Pərviz Abdullayev Rusiyadan qızıl medalla dönür

Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən Pərviz Abdullayev növbəti nailiyyətini əldə edib. Sportinfo.az xəbər verir ki, idmançımız bu dəfə uşu yarışlarında fərqlənib. O, Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Mocsow wushu stars 2017” turnirində qüvvəsini sınayıb. Beynəlxalq yarışda 4 döyüş keçirən Abdullayev bütün rəqiblərinə qalib gəlib. 75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bu qələbələr sayəsində Moskvadakı yarışın çempionu adını qazanıb.

 

Tarix: 22 Fevral 08:00    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.