Millimizə gətirildilər - arasında 2 serb, ukraynalı və rusiyalı var

Azərbaycan Həndbol Federasiyası (AHF) yığma komandaları formalaşdırmağa  başlayıb. AHF rəhbərliyi artıq milliləşdirmək üçün bir neçə ölkədən oyunçuları Bakıya toplayıb. IV İslam Həmrəyliyi Oyunlarında qarşılarına ciddi məqsədlər qoyulan federasiya bununla komandaları çətin vəziyyətdən çıxarmağı hədəfləyib.

 

Belə ki, ölkədə bir müddət idmanın bu növü baxımsız qaldığından aşağı yaş qruplarında yeni istedadlar üzə çıxmırdı. Düzdü, qadınlardan ibarət millimiz tam dağılmamışdı. Amma onlar da son dünya çempionatlarının seçmə mərhələsinə qatılmadı. Kişilərdə isə vəziyyət tam fərqli idi. Komandanın aparıcı üzvləri belə düşərgədən ayrı düşmüşdülər.

 

Bütün bu problemləri aradan qaldırmağa çalışan AHF artıq ilk addımlarını atmağa başlayıb. Hazırda bir neçə həndbolçu “ələk”dən keçirilir. Bunların əksəriyyəti isə kişilərdən ibarət komandamızın düşərgəsinə cəlb edilib.

 

Onlar arasında 2 serb, ukraynalı və rusiyalı var. Sadəcə, əcnəbilərlə bağlı yekun qərarı baş məşqçi Hikmət Abdullayevin rəyinə əsasən federasiya verəcək. Çünki onlarla bağlanacaq müqavilədə maliyyə şərtləri də əsasdı.
 
Hazırda Rusiyada beynəlxalq turnirdə olan qadınlardan ibarət yığmamızın çalışdırıcısı Giorgi Voronovun da bir neçə oyunçuya “elçi” düşdüyü bildirilir. Lakin onların bütün mövqelərdə yaşlı oyunçuları olduğundan “transfer”in kişilərdəki kimi çox olacağı gözlənilmir (apasport.az).

Tarix: 21 Fevral 19:48    Oxunub: 279    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.