Hacı Əliyev dedi: "Dünya Kubokunda haqsızlıqla üzləşdik"

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev İranın Kirmanşah şəhərindəki Dünya Kubokunda bürünc medal qazanmaları ilə əlaqədar fikirlərini bölüşüb. Sportinfo.az xəbər verir ki, 2016-cı il Yay Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat dünya çempionu olan 26 yaşlı güləşçi qonşu ölkədən yaxşı nəticə ilə qayıtdıqlarını bildirib. O, hakimlər tərəfindən haqsızlığa uğradıqlarını da ifadə edib:

 

"Üçüncü yer münasibətilə komandamızı təbrik edirəm. Bildiyiniz kimi, ABŞ yığmasına xal hesabında uduzduq, finala çıxa bilərdik. Hakimlər tərəfindən haqsızlıqlar oldu. Düşünürəm ki, bu, gözəl nəticədir. Yarışa yeni məşqçi kollektivi ilə qatılmışdıq. Bu, Firdovsi Umudovun rəhbərliyi altında ilk çətin yarış idi. Biz də baş məşqçinin əziyyətini yerə vurmadıq. Bütün komanda yaxşı çıxış etdi.


2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının önəminə diqqət çəkən Hacıyev əsas diqqəti bu yarışa yönəltdiklərini vurğulayıb: "Qarşıda İslam Həmrəyliyi Oyunları var. Ondan əvvəl isə Avropa çempionatına qatılacağıq. Lakin hər iki yarış arasında qısa zaman kəsiyi olduğu üçün əsas heyət İslamiadada çıxış etməlidir. Ola bilər ki, Avropa birinciliyində ikinci heyət iştirak edəcək. Qarşıdakı yarışlarda da uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik".


Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub. Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1. Azərbaycan millisi ilk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20.

Tarix: 20 Fevral 17:00    Oxunub: 76    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.