Karateçilərimiz Avropa çempionatında 4 medal qazandılar

Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 4 medal qazanıblar. Sportinfo.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, medallardan 1-i qızıl, 1-i gümüş, 2-si isə bürüncdür.


Yarışın ilk günündə 14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (54 kq) Avropa üçüncüsü olub. Ertəsi gün 16 - 18 yaşlı gənclər seçmə komandasının üzvü Murad Hacızadə (+76 kq) qitə birinciliyininin bürünc medalını qazanıb.


Turnirin son günündə isə İrina Zaretska (21 yaşadək idmançılar, 61 kq) bütün rəqiblərini üstələyərək, Avropa çempionu olub. Asya Məlikova isə (21 yaşadək idmançılar, 50 kq) yalnız həlledici görüşdə uduzub və gümüş medala sahib çıxıb. Azərbaycan bu nəticə ilə medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib.

Tarix: 20 Fevral 16:12    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.