Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. Sportinfo.az xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

 

Qızıl medalı yığmamıza 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub. Gümüş medallar isə yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Tarix: 19 Dekabr 12:00    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.