Yeniyetmələrin Avropa birinciliyində növbəti “bürünc” Murad Hacızadədən gəldi

16-18 yaşlı yeniyetmə komandamızın öncüllərindən Murad Hacızadə (+76 kq) Avropa birinciliyinin bürünc medalını qazanıb. Sportinfo.az xəbər verir ki, istedadlı Sumqayıt karateçisinin final imkanı olsa da, yarışın gələcək qalibi, bosniya və herseqovinalı həmkarı ilə 2:2 hesabı ilə başa çatan görüşdə, qələbə rəqibə verilib.

 

2-ci dövrədə erməni idmançıya 6:o hesabı ilə qalib gələn Həsən Əliyev (16-18 yaşlı gənclər, 55 kq) yarımfinalda məğlub olub, təsəlliverici qarşılaşmada da bürünc medalı qaçırıb. Ondan başqa eyni yaş qrupunda 3-cü yer üçün kumitedə Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova mükafatsız qalıblar. Beləliklə, 2 bürünc medala sahib olan Azərbaycan karateçiləri mükafat qazana bilən 30 ölkə arasında 19-cu pilləyə yüksəlib. Yarışın son günü, 19 fevralda 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.

Tarix: 20 Fevral 00:46    Oxunub: 47    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Mart 2017
23 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.