Türkmənistan millisi “Xəmsə” ilə çətinliklə bacardı

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi 4-cü yoxlama oyununu keçirib. Sportinfo.az-ın məlumatına görə, Asiya Oyunlarına hazırlaşan türkmənistanlılar “Xəmsə” ilə görüşüb. Qonaqlar bu qarşılaşmada 8:6 hesabı ilə qalib gəlib. Bu, asiyalıların Bakıda ardıcıl 2-ci qələbəsi olub.
 
Bunadək Türkmənistan yığması keçirdiyi üç matçda 1 qələbə qazanıb, 1 heç-heçəyə sevinib, 1 dəfə məğlub olmuşdu. “Araz”a 3:4 hesabı ilə uduzan qonaqlar “Neftçi” ilə “sülh” bağladıqdan (5:5) sonra “Yasamal”ı üstələmişdi – 8:3.

Tarix: 27 Dekabr 14:12    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.