“Neftçi"nin qılıncoynadanları ölkə birinciliyində 5 medal aldı

Yeniyetmə qılıncoynadanlar arasında Azərbaycan birinciliyi sona yetib. Sportinfo.az xəbər verir ki, AQF-in zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər. “Neftçi İdman Klubu”nun təmsilçiləri bu yarışda da fərqləniblər.

 

İctimai birliyin sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla, 5 medala yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər. Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.

Tarix: 18 Fevral 11:36    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.