Azərbaycan yığması Dünya Kubokunda bürünc medal qazandı

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub. Sportinfo.az xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1. 

 

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.  Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20. 


Azərbaycan - Türkiyə - 7:1
57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7
61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)
65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)
70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10
74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0
86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1
97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1
125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)

Tarix: 17 Fevral 18:24    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.