Azərbaycan yığması Dünya Kubokunda finala yüksələ bilmədi

İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan milli komandası növbəti görüşünə çıxıb. Sportinfo.az xəbər verir ki, rəqib ABŞ yığması olub. Görüş 4:4 hesablı heç-heçə ilə nəticələnib. Lakin xalların keyfiyyətində ABŞ 20:14 hesablı üstünlük əldə etdiyi üçün görüşü qələbə ilə başa vuraraq, finala yüksəlib.

 

Azərbaycan millisi isə 3-cü yer uğrunda qarşılaşmada Türkiyəyə rəqib olub. A qrupundakı ilk iki görüşündə Firdovsi Umudovun baş məşqçi olduğu komanda Rusiyaya xal hesabı ilə, Gürcüstana isə 5:3 hesabı ilə qalib gəlib. ABŞ isə Gürcüstanı 7:1, Rusiyanı 6:2 hesabı ilə yenib.


AZƏRBAYCAN - ABŞ - 4:4
57 kq. Georgi Edişeraşvili - Antoni Ramos - 3:2
61 kq. Əli Rəhimzadə - Logan Stieber - 11:12
65 kq. Hacı Əliyev - Frank Molinaro - 4:1
70 kq. David Suynuçxanov - James Green - 0:10
74 kq. Murad Süleymanov - Jorcan Burroughs - Süleymanov xəbərdarlıq alaraq, uduzub.
86 kq. Şərif Şərifov - David Taylor - 2:12
97 kq. Aslanbek Alborov - Kyle Snyder - 5:4
125 kq. Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski - 3:1

Tarix: 17 Fevral 14:36    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.