Bakı birinciliyinin son qalibləri

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında paytaxt birinciliyi keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda 16 klubu təmsil edən 2000-2001-ci il təvəllüdlü 214 sərbəst güləşçi 10 çəki dərəcəsində mübarizə aparıb.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Məmmədzadə (42 kq), Elmir Cəlilov (46 kq), Bəhmən Piriyev (50 kq), Məhəmməd Əhmədov (54 kq), Çingiz Eyvazov (58 kq), Sahib Dadaşov (63 kq), Nəsib İsayev (69 kq), Xəzri Bağırlı (76 kq), Fərid İsrafilov (85 kq) və Ayat İsmayılov (100 kq) qızıl medal qazanıblar. Komanda hesabında “Azəri” klubu 1-ci olub.

 

Yunan-Roma güləşi üzrə yarışlarında 16 klubu təmsil edən 224 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb. Birincilikdə Qurban Qurbanov (42 kq), Nihat Məmmədli (46 kq), Elmir Əliyev (50 kq), Fərid Qafarov (54 kq), Xasay Həsənli (58 kq), Allahverdi Əliyev (63 kq), Murad Əliyev (69 kq), Fikrət Vəliyev (76 kq), Məmmədhüseyn Ağazadə (85 kq) və Fərəməz Şirəliyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında ROİL 1-ci yeri tutub. Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi yarışlarında isə ilk beş yeri tutan idmançılar respublika birinciliyinə vəsiqə qazanıblar.

Tarix: 17 Fevral 10:24    Oxunub: 169    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.