İrandan Azərbaycana böyük BAYRAQ HÖRMƏTSİZLİYİ - FOTOLAR

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Sportinfo.az xəbər verir ki, turnirin ilk günü böyük qalmaqalla yadda qalıb. Belə ki, təşkilatçılar Azərbaycan bayrağını düzgün göstərməyib.

 

Lakin Azərbaycan Güləş Federasiyasının rəsmiləri və milli komandamızın baş məşqçi Firdovsi Umudovun etirazından sonra bayrağımız dəyişdirilib. Hətta əlavə problem olmaması üçün yığmamızın qaldığı hoteldən öz bayrağımız gətirilib. Yığmamız dünən Rusiya ilə qarşılaşıb. Qarşıdurmanın ümumi hesabı 4:4 olub.  

 

57 kq - Artyom Gebekov - Georgi Edişeraşvili 5:2
61 kq - Camal Otarsultanov - Əli Rəhimzadə 6:6*
65 kq - Alan Gogaev - Hacı Əliyev 1:2
70 kq - Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6
74 kq - Radik Valiev - Cəbrayıl Həsənov 2:6
86 kq - Vladislav Valiev - Şərif Şərifov 2:1
97 kq - Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1
125 kq - Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8

 

Tarix: 17 Fevral 01:00    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.