Transfer hüququnu almaq üçün 12 milyon da ödəmək lazımdı

"Atalanta" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi kolumbiyalı hücumçu Duvan Sapatanı heyətinə qatıb.

 

27 yaşlı futbolçu “Sampdoriya”dan icarəyə götürülüb. Onunla iki illik icarə müqaviləsi imzalanıb. Futbolçunun iki illik icarəsi “Atalanta”ya 14 milyon avroya başa gələcək.

 

Kolumbiyalının transfer hüququnun alınması üçün isə əlavə 12 milyon avro da ödəmək lazımdı. Sapata “Sampdoriya”da 2017-ci ildən çıxış edirdi.

 

O, daha öncə Kolumbiyanın “Amerika”, Argentinanın “Estudiantes”, həmçinin İtaliyanın “Napoli” klublarının da şərəfini qoruyub.

Tarix: 13 İyul 08:48    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.