Terim “Barselona”nın futbolçusu ilə maraqlanır

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Kolumbiya millisinin və “Barselona”nın futbolçusu Yerri Mina ilə maraqlandıqlarını təsdiq edib.

 

Sportinfo.az xəbər verir ki, o, bu barədə klubun saytına açıqlama verib:

 

“Kilian Mbappeni və Neymarı çox bəyənirəm. Türkiyə Super Liqasında da bəyəndiyim bir çox oyunçu var.

 

“Trabzonspor”da, “Beşiktaş”da, “Fənərbağça”da bir çox oyunçuları bəyənirəm. Uruqvay yığmasının müdafiəçisi Dieqo Qodini də çox bəyənirəm.

 

Dünya çempionatında bəyəndiyim futbolçulardan biri də Yerri Minadır. Düzü, onunla maraqlandığımız haqda çıxan xəbərlər də doğrudur. Kolumbiya millisində əvvəl ehtiyatda qalsa da, sonradan meydana çıxmağa başladı”.

Tarix: 13 İyul 08:12    Oxunub: 140    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.