"Parma" “Reyncers”də çıxış edən Bruno Alvesi heyətinə qatdı

“Parma” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, yenidən A Seriyasına qayıdan sözügedən klub son olaraq “Reyncers”də çıxış edən Bruno Alvesi heyətinə qatıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar. 36 yaşlı portuqaliyalı müdafiəçi yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq.

 

Portuqaliya yığmasının da şərəfini qorumuş Bruno Alves karyerası ərzində “Portu”, “Farense”, “Vitoriya Gimaraynş”, AEK (Afina), “Zenit”, “Fənərbaxça” və “Kalyari” klublarında da çıxış edib.

Tarix: 13 İyul 01:00    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.