Malta klubu Zaur Axundovun “Keşlə”sinin papağını yerə soxdu!

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Keşlə” də bu gün ilk matçına çıxıb.

 

Yuri Maksimovun çalışdırdığı kollektiv səfərdə Maltanın “Baltsan” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz ilk oyunda sərfəli nəticə qazanmaqla, Bakıdakı cavab matçında növbəti mərhələyə vəsiqəni təmin etməyi hədəfləmişdi.

 

Lakin səfər görüşü komandamız üçün çox uğursuz alınıb. Beş qolun qeydə alındığı matçda "Keşlə" darmadağınla uduzub. Cavab görüşündə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq çox çətin görünür.

 

"Baltsan" - "Keşlə" 4:1
Qol:lar A.Effionq, 12. Lekao, 21. B.Kalyeviç, 33. Kadu, 55 - S.M.Kolli, 29-pen.
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Denis Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan).
Ta`Qali. “Çentenari” stadionu.

 

Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 9. Lekao, 11. Stiv Betsina (k), 15. Maykl Conson, 17. Alfred Effionq, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç.
Ehtiyat oyunçular: 1. Sin Montoff, 4. Castin Qrioli, 10. Sirac Arab, 18. Uros Lyubomiraç, 42. Korrea Duarte, 50. Andrey Maydevaç, 88. Sin Kipriot.
Baş məşqçi: Marko Miçoviç.


Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 19. Azər Salahlı, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 21. Herve Tçami, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov
.

Tarix: 12 İyul 21:57    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.