"Bütün bu hərəkətlərin ona heç bir köməyi olmayacaq"

FİFA-nın texniki analiz qrupunun üzvləri mətbuat konfransı keçiriblər.

 

Sportinfo.az xəbər verir ki, texniki qrupun üzvü, Hollandiya futbolunun əfsanələrindən olan Marko van Basten Neymarla bağlı karikaturaların çəkilməsi ilə bağlı sualı cavablandırıb.

 

Neymar DÇ-də tez-tez simulyasiya etdiyi üçün onun barəsində karikaturalar çəkilib, satirik roliklər hazırlanıb. Basten braziliyalı futbolçunun meydanda simulyasiyaya tez-tez əl atmasının yaxşı hal olmadığını bildirib:

 

“Neymarla bağlı karikatura? Hesab edirəm ki, hansısa hadisəyə yumor hissi ilə yanaşmağımız yaxşı haldır. Lakin meydanda baş verənlər barədə danışmalı olsaq, təbii ki, Neymarın hərəkəti təqdir edilməməlidir.

 

Düşünürəm ki, oyunda idman ruhu olmalıdır. Futbolçu bilməlidir ki, bütün bu hərəkətlərin ona heç bir köməyi olmayacaq. Neymar da bunu dərk etməlidir”.

Tarix: 12 İyul 21:00    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.