Xorvatiya - İngiltərə matçının ən yaxşı futbolçusu xəstəxanaya çatdırıldı

Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu diz oynağını müayinə etdirib. Müayinənin nəticələri məlum deyil.

 

O, qol və məhsuldar ötürmə müəllifi olduğu oyunda həm də zədə alıb. Eyni zamanda Perişiç matçın ən yaxşı futbolçusu seçilib. 

 

İngiltərə ilə qarşılaşmanın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda isə Xorvatiya daha bir qol vuraraq adını finala yazdırıb. İyulun 15-də keçiriləcək həlledici görüşdə rəqib Fransa olacaq. 

Tarix: 12 İyul 20:48    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.