“Liverpul”dan “Beşiktaş”a 20 milyon avroluq Vida təklifi

“Liverpul” “Beşiktaş”ın və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanı transfer etməkdə israrlıdı.

 

Sportinfo.az xəbər verir ki, “Liverpul” xorvatiyalı futbolçu üçün əvvəlcə 18 milyon avro təklif etsə də, “Beşiktaş” tərəfi bu təklifi rədd etmişdi.

 

“Qırmızılar” son olaraq 20 milyon avroluq təklif irəli sürüblər. “Beşiktaş”ın Vidaya görə istədiyi məbləğ isə 35 milyon avrodu.

 

Vidanın üzvü olduğu Xorvatiya millisi Rusiyada keçirilən dünya çempionatının final matçına vəsiqə qazanıb.

Tarix: 12 İyul 20:12    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.