Koray Günter “Qalatasaray”ı “Cenoa”ya dəyişdi

"Cenoa” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmır.

 

Günter 2014-cü ildən “Qalatasaray”ın şərəfini qoruyurdu. Lakin bu komandada o qədər də forma şansı qazanmayan 23 yaşlı futbolçu müqaviləsinin müddəti bitən kimi İtaliyaya üz tutub.

 

Koray 2013/14 mövsümünün qış fasiləsi zamanı Dortmund “Borussiya”sından 2,5 milyon avroya Türkiyə klubuna transfer edilmişdi.

Tarix: 12 İyul 20:00    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.