“Sağ qalmaq” kursu keçiblər - Xüsusi təyinatlıların bazasında

İngiltərə yığması DÇ-2018-ə hazırlaşmaq üçün xüsusi metoddan yararlanıb.

 

Sportinfo.az xəbər verir ki, yığmanın gizlin şəkildə keçdiyi məşqlər barədə mediaya indi məlumat sızıb.

 

İngiltərə yığması təxminən iki gün ərzində xüsusi təyinatlıların bazasında təlim-məşqdə olub. Bazada onlar “sağ qalmaq” kursunda iştirak ediblər. Baza İngiltərənin cənub-qərbində, Devon qraflığında yerləşir.

 

Futbolçular təlimin ilk günündə meşədə yatıblar və qidanı da özləri əldə ediblər. Ertəsi gün isə onları dərə-təpə ilə qaçmağa, çayın dayaz məcrası ilə üzməyə məcbur ediblər. İngiltərə DÇ-2018-in yarımfinalında Xorvatiyaya məğlub olub - 1:2.

Tarix: 12 İyul 19:24    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.