DÇ-2018: Orduda xidmətdən yayınan erməni fan-zonada oyun izlədiyi vaxt yaxalandı

Xorvatiya və İngiltərə arasındakı dünya çempionatının yarımfinal oyununu fan-zonada izlədikləri vaxt beynəlxalq axtarışda olan iki şəxs yaxalanıb.

 

Sportinfo.az xəbər verir ki, onları ictimai yerdə 25 min azarkeş arasından polislər aşkarlayıblar.

 

Tutulanlardan biri orduda xidmətdən yayınan erməni Rafik Asatryan olub. Onun Ermənistan, yoxsa Rusiya ordusunda xidmətdən boyun qaçırdığı bilinmir.

 

Digər şəxs isə polisə hücuma görə azadlıqdan bir il məhrum olunduğu halda cəzadan yayınan Andrey Zqardanov olub. Onları sifəti tanıyan sistemə malik videokameralar vasitəsilə tapıblar.

 

Dünya çempionatı başlayandan indiyədək "Kontingent-2018" əməliyyatı çərçivəsində Rusiyanın 11 şəhərində 300 cinayətkar saxlanılıb. Onların arasında narkotik maddə alverçiləri, fırıldaqçılar, oğrular və aliment ödəməyənlər də var.

Tarix: 12 İyul 19:12    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.