"Qarabağ"a meydan oxudu: "Nə qədər ki, sağıq, qələbəyə inanacağıq”

“Planımız “Qarabağ”a yüksək səviyyədə təzyiq göstərmək idi.

 

Fikrimcə, bunu edə bildik, bizim istifadə etməli olduğumuz 2-3 qol şansımız yarandı.

 

Xüsusən də, ilk hissədə İssa Abassın epizoduna görə təəssüflənməliyik. Bu cür oyunlarda belə imkanları xərcləməməlisiniz”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Olimpiya”nın futbolçusu Rok Kronaveter Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda “Qarabağ”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

 

Sloveniya millisinin 32 yaşlı yarımmüdafiəçisi Lyublyanada baş tutan ilk görüşdə uduzmalarına rəğmən, cavab matçında uğur qazanacaqlarına inandığını söyləyib:

 

“Rəqibin oyununu gördük. Biz daha konkret olmalı və çox hücum etməliyik. Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş keyfiyyətli komandaya qarşı oynadıq.

 

Bakıda daha çox təhlükəli olmağa və lazımı nəticə qazanmağa çalışacağıq. Hələ hər şey itirilməyib. Baş məşqçi dedi ki, başınızı dik tutun, döyüş hələ başa çatmayıb.

 

Bu, hələ duelin yarısıdı. Uğura inanmalıyıq. Bunu edə bilərik. Qırmızı vərəqə alan İssa Abassız çətin olacaq. Amma baş məşqçi ona əvəzləyici tapacaq. Nə qədər ki, sağıq, qələbəyə inanacağıq”.

 

Bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Tarix: 12 İyul 18:48    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.