"Hamımız məğlubiyyətin acısını yaşayırıq"

"Oyunun sonunda bəzi futbolçularım ayaq üstə dayanmaqda çətinlik çəkirdilər.

 

Matçın son anlarını 10 nəfərlə oynamaq məcburiyyətində qaldıq.

 

Azarkeşlər çox böyük dəstək verdilər, əslində, onlar daha artığına layiq idilər".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri DÇ-2018-in yarımfinal mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra İngiltərənin baş məşqçisi Qaret Sautqeyt deyib.

 

Mütəxəssis İngiltərənin yarımfinala qədər irəliləcəyini heç kimin təxmin etmədyini deyib: "Bura qədər uzun yol gəldik. Hər şey bir qırağa qalsın, bura qədər gələcəyimizi kimsə təxmin edirdi?

 

Fİnala çıxa bilmədik, amma komandam əlindən gələni etdi. Bu oyundan bəzi pozitiv şeylər öyrəndik.

 

Xəyal edə bilmədiyimiz finala çıxa bilərdik. Artıq hər şeyi unutmalıyıq. Bu komandanı quranda təcrübə cəhətdən problem yaşayacağımızı düşünürdük.

 

Ancaq ən istedadlı və gənc futbolçularmızı turnirdə oynamaqla təcrübəli hala gətirdik. Luka Modriç və Ivan Rakitiçin millidə neçə oyun keçirdiyinə baxın.

 

Komandamla qürur duyuram. Azarkeşlər də bu fikirdə olarlar. İngiltərə hər zaman qürurla xatırlanacaq turnir keçirdi. Hamımız məğlubiyyətin acısını yaşayırıq.

 

Heç kim yarımfinala qədər gələcəyimizi gözləmirdi. İlk hissədəki oyundan sonra finalı əldən qaçırmaq üzücüdür. Hazırda ən ağır yer bizim paltardəyişmə otağımızdır".

Tarix: 12 İyul 17:48    Oxunub: 57    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.