"Bunu özümə ağlaya-ağlaya, başımı divara vura-vura deyirdim" - VİDEO

Xorvatiyanın DÇ-2018-də qəhrəmanlarından biri olan Daniyel Subaşiç oyunlardan sonra üzərində futbolçu şəkli olan köynəklə qələbə sevincini qeyd edir.

 

Sportinfo.az xəbər verir ki, fotodakı futbolçu 33 yaşlı qolkiperin keçmişdə Xorvatiya I Liqasında çıxış etdikləri "Zadar" klubunda ən yaxın komanda yoldaşı olmuş İrvoye Kustiçdi.

 

Subaşiç yaxın dostunu 2008-ci ildə itirib. 2008-ci ildə oyunların birində Subaşiç Kustiçə doğru uzun ötürmə edir. Topu ələ keçirmək uğrunda Kustiç rəqib futbolçu ilə mübarizə aparır.

 

Bu mübarizədə rəqib onu zərər vurmadan yerə yıxır, lakin bu, Kustiç üçün son olur. Belə ki, futbolçu müdaxilədən sonra yerə yaxşı düşmür və meydanın 3 metr kənarındakı betona çırpılır.

 

Meydana həmin an həkimlər daxil olur və vəziyyətin pis olduğu üçün onu xəstəxanaya çatdırırlar.

 

Xorvatiyalı futbolçu təcili əməliyyat edilir və 5 gün komanda qalan futbolçu yekunda həyatla vidalaşmalı olur. Çarəsiz həkimlər bu vəziyyətdə heç nə edə bilmədilər. 6 gün həyatda qalmaq üçün mübarizə aparan Kustiç yekunda gözlərini əbədi yumdu.

 

Subaşiç isə onu yad etmək üçün millisi ilə qazandığı önəmli qələbələrdən sonra sevincini üstündə onun şəkili olan köynəklə qeyd edir. Daniyel ötən günlərdə verdiyi qısa açıqlamadan sonra həmin anla bağlı danışdı və göz yaşlarını saxlaya bilmədi:

 

"Çox peşmanam. Özümü bağışlaya bilmərəm. Amma həyat çox ədalətsizdir. Kimə lazım olan dəyəri verib ki? Oyundan sonra başımı parçalamaq istəyirdim. Çətin psixoloji vəziyyətdən çıxa bilmirdim. Gecələr yata bilmirdim. Hər dəfə gözümün önünə o an gəlir.

 

Topu axı ora niyə vurdum? Bunu özümə ağlaya-ağlaya, başımı divara vura-vura deyirdim. Özümü bağışlaya bilmirəm... Həmin ötürməni meydanın mərkəzinə etsəydim, belə an yaşanmazdı. Həyat, tale çox acımasız davrandı..."

 

Subaşiç Danimarka ilə oyunda 3 penaltini dəf etmişdi. Xorvatiya DÇ-2018-in yarımfinalında İngiltərə ilə üz-üzə gələcək.

 

Tarix: 12 İyul 17:36    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.