Qurban Qurbanov Azərbaycanı 1 pillə irəli saldı

Çempionlar Liqasının və Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ötən gecə baş tutan oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinin dəyişməsinə səbəb olub.


Sportinfo.az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə irəliləyib.

 

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” yeni mövsümdə ilk oyununu keçirdi. Səfərdə Sloveniya çempionu “Olimpiya” (Lyublyana) ilə qarşılaşan Ağdam klubu qələbə qazandı - 1:0. 

 

Bu qələbə ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb olub. Ağdam klubu Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb. Bu isə Belarusu geridə qoyaraq 1 pillə irəliləməyimiz üçün bəs edib. 

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.875 reytinq xalı var. Onun hələlik 0.250 xalı cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Tarix: 12 İyul 17:24    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.