"Səhv etdilər, deyilənlərə "oldu, baxarıq" deyə, reaksiya verdik"

"İngilis jurnalistlər və ekspertlər matçdan əvvəl çox danışdılar.

 

Onlar Xorvatiyanı qiymətləndirmədilər və böyük səhv etdilər.

 

Deyilənlərə "oldu, baxarıq, bu gün kim yorulacaq" - deyə reaksiya verdik .İngilislər özünü təvazökar aparmalı və rəqibə hörmət etməli idilər".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

O, həm fiziki, həm də psixoloji cəhətdən dözümlü olduqlarını göstərdiklərini bildirib: " Finala yüksəlmək bizim üçün möhtəşəm uğurdu.

 

Uzun müddətdən sonra xəyalımız gerçəkləşdi. Bu, Xorvatiya tarixinin ən böyük uğurudur.  Bununla qürur duymalıyıq".

 

32 yaşlı yarımmüdafiəçi "Qızıl top"u qazanmaq şansı barədə danışmaqdan isə imtina edib: "Qızıl top" vecimə deyil.

 

Hazırda final oyununu düşünürük. Fransa ən güclü rəqiblərdən biridir. Ümid edirəm ki, onlar qarşısında yetərli gücə sahib olacağıq".

Tarix: 12 İyul 17:00    Oxunub: 77    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.